16 yaşlı Ramid: “Komissara dedim ki, bəs mən hansı rayonu alacam?” – Səbuhi Məmmədli yazır
06 noyabr 2020 12:24 (UTC +04:00)

16 yaşlı Ramid: “Komissara dedim ki, bəs mən hansı rayonu alacam?” – Səbuhi Məmmədli yazır

“Evdə oturmuşduq. Televizorda cəbhədən xəbərlərə baxırdıq. Birdən atam qayıtdı ki, heyf ki, mən yaşda olanları çağırmırlar. Bu gün orda olmalıydım mən də. Atamın üzünə baxdım. Onu hələ belə kədərli görməmişdim. Səhər yuxudan duran kimi...”

Hə, səhər yuxudan duran kimi, evdə heç kimə heç bir söz demədən üz tutur Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinə. İçəri girib, özünü təqdim edir:

- Hüseynov Ramid Müşfiq oğlu.

- Gözlə, çağıracağıq.

…16 yaşı var Ramidin. Masallı rayonunun Qədirli kəndindəndir. Orta məktəb şagirdidir. Xalası oğlu, tankçı gizir Elvin Əzizov bir ay bundan qabaq döyüşlərdə qəhrəmanlıqla həlak olub. Lent.az-a açıqlamasında deyir ki, qələbəyə öz töhfəsinin olmasını istəyib:

- Bilirsiniz, mən həm də Elvinin qisasını almağa gedirdim. Həm də fikirləşirdim ki, az qala hər bir nəsildən, ailədən könüllü cəbhəyə yollanan var. Hamı nəsə etmək istəyir qələbə üçün. Mən niyə getməyim ki? Bizim ailədən niyə kimsə cəbhədən vuruşmasın?

Elə bu niyyətlə də rayon mərkəzinə üz tutur Ramid. Boy-buxunlu olduğuna görə, 16 yaşlı yeniyetməyə bənzəmirmiş, yaşından böyük görünürmüş…

Orda qalmışdıq axı. Şöbədə, nəhayət, növbə Ramidə də çatır. Komissarlıqdan xahiş edir ki, onu da qeydiyyata alıb, orduya aparsınlar.

- Oranın əməkdaşı adımı, soyadımı öyrənib yoxladı. Qayıtdı ki, düzdür, qeydiyyatdasan, amma hələ əsgər yaşın çatmayıb. İki il sonra gələrsən. Qayıtdım ki, komandir, bir azdan müharibə qurtaracaq, bütün rayonlar azad ediləcək. İki il sonra mən haranı azad etmək uğrunda döyüşəcəyəm ki?.. Həm də xalam oğlunun intiqamını almaq istəyirəm.

Komissarlığın əməkdaşı heç nə demir. Ayağa qalxıb, Ramidi bağrına basıb, alnından öpür. Sonra da deyir ki, cavan oğlan, sənə maşın verək, qayıt kəndə evinizə. Amma maşından imtina edir Ramid.

- Dedim, çox sağ olun. Amma icazə verin, könüllülərə baxım, onları yola salım, gedəcəm.

Özünün də dediyi kimi, qibtəylə könüllülərə baxır, onlarla söhbətləşir.

- Xeyli tamaşa elədim. Elə sevinirdilər ki, döyüşə getdiklərinə. Heyf, mənə elə sevinc bəxş etmədilər. Kor-peşman evə qayıtdım. Mən başa düşürəm, bizim ordumuz çox güclüdü. Bunu hər gün cəbhədən gələn xəbərlər də sübut edir. Amma Ali Baş Komandana üz tuturam. Bilirəm ki, Siz bizə, bizim nəsilə Qarabağ adlı problem qoymayacaqsınız. Sizin komandanlığınız altında artıq ordumuz bunu edir, düşməni bitirir. Bəs, biz yeniyetmələr nə edək, Vətən üçün, Ordumuz üçün?

- Sən dərslərini oxu, Ramid. Özü də yaxşı oxu…

Deyəsən, heç razılaşmaq istəmirdi…

Sadəcə, gülümsədi…

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725

Oxşar yazılar

Təhsil İdarəsində NÖQSANLAR:  33 direktor işdən çıxarıldı

Təhsil İdarəsində NÖQSANLAR: 33 direktor işdən çıxarıldı

23 iyul 2025 , 12:51
Sabah da  dəhşətli isti   olacaq - hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU

23 iyul 2025 , 12:20
Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20